SOCAR vergiləri vaxtında ödəməyib - Milyonluq borc yaranıb


bitmap-img6

Dövlət Neft Şirkətinə (SOCAR) bağlı qurumların dövlət büdcəsinə ümumilikdə 1 milyon 688 min 404 manat 65 qəpik vergi borcu var.

Yeniavaz.com xəbər verir ki, SOCAR-a bağlı olan qurumlar arasında ən çox borcu olan Ekologiya İdarəsidir. Bu idarənin vergi borcu 1 milyon 491 min 76 manat 26 qəpik olub.

Onu da bildirək ki, SOCAR-a bağlı olan birgə müəssisələr arasında da vergi borcu olan şirkətlər var. 75,5%-i SOCAR-a məxsus olan “SOCAR Energy Georgia” MMC-nin Azərbaycandakı nümayəndəliyinin 2 min 941 manat 19 qəpik vergi borcunun olduğu bildirilir. 

Bundan başqa SOCAR-a bağlı müəssisələrdən “SOCAR-Rodan” MMC-nin 92 min 415 manat 1 qəpik, “SOCAR Dalğıc” MMC-nin isə 101 min 972 manat 19 qəpik vergi borcu var. 
Tarix: 26-06-2020, 21:10
Xəbəri paylaş



Xəbər lenti