Rusiyada Azərbaycanın imicinə zərbə vuran şirkət - "Abşeron Şərab" (FOTOLAR)
Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas iqtisadi prioritetlərdən biridir. Bu mənada ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi üçün dövlət hər tərəfli dəstək verir, xüsusən ixracı stimullaşdırır.
Azərbaycan şərablarının ixrac edildiyi əsas bazar isə Rusiyadır və ümumi ixrac bazarının 90 faizini təşkil edir.
Dövlətimizin bu sahənin inkişafı üçün verdiyi hərtərəfli dəstəkdən təəssüf ki, çirkin məqsədlərlə sui-istifadə edən şirkətlər də var.
Belə ki, dövlətin verdiyi dəstəkdən istifadə edib istehsalı və xüsusən də ixracı artırmaq, yeni brendlər yaradıb, yeni bazarlara çıxmaq əvəzinə bəzi şirkətlərimiz digər Azərbaycan şirkətlərinin intellektual mülkiyyətini oğurlayır, onlara qarşı çirkin üsullara əl atır.
Saytımızın apardığı araşdırmalar xüsusən də şərabçılarımızın əsas ixrac bazarı olan Rusiyada belə halların geniş vüsət aldığını göstərir. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanda fəaliyyət göstərən "Abşeron Şərab" ASC Rusiya bazarında Azərbaycanın böyük şirkətlərindən biri olan "Gəncə Şərab -2" ASC-yə qarşı, yumşaq desək, biznes əxlaqına sığmayan addımlar atır.
Belə ki, illərdir "Gəncə Şərab -2" ASC-nin məhsulu kimi tanıdığımız brendlərin adlarını oğurlayan "Abşeron Şərab" daha ucuz və keyfiyyətsiz çaxırları bu adlar altında Rusiya bazarında satır.
Qeyd edək ki, 650 işçisi və 400 ha üzüm plantasiyası olan "Gəncə Şərab-2" ASC bu sahədə Azərbaycanın həm ən böyük şirkəti, həm də iri vergi ödəyicisidir. Hər bir brendin formalaşması, tanınması üçün artıq iki onillikdir ki, böyük əmək sərf edir.

"Gəncə Şərab -2" ASC 18 ildir ki, Rusiyaya 13 adda şərab ixrac edir və bunların əksəriyyəti böyük populyarlıq qazanıb. Rusiya bazarlarına ixrac olunan "Gəncə Şərab"ın bu məhsulları dəfələrlə beynəlxalq dequstasiya və sərgilərdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub. "Abşeron Şərab" isə yeni brend yaratmaq, tanıtdırmaq, Rusiya bazarında Azərbaycanın payını artırmaq əvəzinə "Gəncə Şərab-2"-nin brend adlarını oğurlayaraq, bazara eyni adda daha keyfiyyətsiz və ucuz məhsullar çıxardır.
Bu nə biznes əxlaqına, nə də rəqabət mədəniyyətinə sığmır. Belə addımlar təkcə rəqib şirkətə ziyan vurmur, həm də Azrbaycan dövlətinn "Made in Azerbaijan" brendinə inamı sarsıdır. Nəticədə Azərbaycan Rusiyada bazar payını itirir, bu boşluğu isə rəqib ölkələr doldurur.
"Gəncə Şərab-2"-nin brendləri olan "Огни Баку" (Bakı işıqları), "Девичья башня" (Qız qalası), "Семь красавиц" (Yeddi Gözəl), "Букет Азербайжана" (Azərbaycan buketi) və bir çox digər brendlərini mənimsəyən, məhsullarını məhz bu adlarla satmaq istəyən "Abşeron Şərab" həm də özünə, məhsullarına inamsızlıq aşılayır. Bu isə əvvəl-axır bazardan yox olmaqla nəticələnə bilər.

Fikirimizcə, aidiyyatı qurumlar həm ciddi istehsalçıların, həm də Azərbaycanın imicinin qorunması baxımından bu kimi məsələlərdə daha diqqətli və həssas olacaqlar. Ümidvarıq və inanırıq ki, istehsalçılara məhsulun mənşə Sertifikatı veriləndə digər istehsalçıların maraqları da qorunacaq./hit7NEWS.az


"Gəncə Şərab 2" ASC 1997-ci ildən başlayaraq müxtəlif müsabiqə və festivallarda öz brendləri ilə təmsil olunub və ali mükafatları qazanıb. Bu bir daha adıçəkilən brendlərin kimə məxsus olması və onların tarixi sualına aydınlıq gətirmiş olur.

Tarix: 24-06-2020, 22:34
-
Bu gün, 10:37
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA
-
Bu gün, 10:17
Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı
-
Bu gün, 09:45
Nəsimi rayonunda aylardır qazılan yol təmir edilmir - VİDEO
-
Bu gün, 08:59
Türkiyəli sürücülər Naxçıvan yol polisinin cərimə adı altında onları hədələyərək rüşvət aldığını iddia edirlər
-
Dünən, 23:02
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
-
Dünən, 23:01
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
-
Dünən, 22:45
Ankarada tarixi dəyişiklik müzakirəsi – Türkiyəni iki qüvvə idarə edəcək?
-
Dünən, 22:35
Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı - Şagirdlərin sinifdə saxlanılması...
-
Dünən, 22:32
Abşeronneft Neft Qaz çıxarma idarəsində qazanc yoxdur, işlək boruları satıb pul qazanırlar - VİDEO
-
27-07-2026, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
27-07-2026, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
27-07-2026, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
27-07-2026, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
27-07-2026, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
27-07-2026, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
27-07-2026, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
27-07-2026, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
27-07-2026, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
27-07-2026, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
27-07-2026, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
27-07-2026, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
27-07-2026, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
27-07-2026, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
27-07-2026, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
27-07-2026, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
27-07-2026, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
27-07-2026, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“