ABŞERON RAYON İCRA HAKMİYYƏTİNİN DÖVLƏT BÜDCƏSİNİ TALAMASI FAKTI.


ABŞERON RAYON İCRA HAKMİYYƏTİNİN DÖVLƏT BÜDCƏSİNİ TALAMASI FAKTI.
ABŞERON RAYON İCRA HAKMİYYƏTİNİN DÖVLƏT BÜDCƏSİNİ TALAMASI FAKTI.

KÜLLİ MİQDARDA VERGİ BORCU OLAN ŞİRKƏTLƏ TENDER SÖVDƏLƏŞMƏSİ.

Abşeron Rayon İcra Hakmiyyəti Başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi "Xırdalan şəhərində yolların təmiri" məqsədilə 22.06.2020-ci il tarixdə tender müsabiqəsi elan edib.

Müsabiqənin qalibi 135991,39 AZN vergi borcu olan (VÖEN: 1504204971) "ENERJİ TİKİNTİ SERVİS" MMC olub.

Sözügedən tender sövdələşməsi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəliyi külli miqdarda vergi borcu olan podratçı şirkətə 1 milyon 198 min 840 manat 22 qəpik vəsait ödəyəcək.

Xatırladım ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən mümkünsüzdür.

Mənbə: İctimai vəkil Samir Zeynalov



Tarix: 24-06-2020, 07:39
Xəbəri paylaş



Xəbər lenti