Dollar
Dünya iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən qlobal təchizat zəncirinin qırılması nəticəsində azı 126 milyard dollar itirib.
“Qafqazinfo” xəbər verir ki, belə bir qənaətə Beynəlxalq Ticarət Mərkəzinin mütəxəssisləri gəliblər.
“Çin, Avropa İttifaqı və ABŞ-da istehsalın dayanması ticarətə daha böyük təsir göstərdi. Bu ölkələr birlikdə dünya idxalının 63%-ni, ixrac-dəyər zəncirinin isə 64%-ni təşkil edirdilər. Ticarət əlaqələrinin pozulması ixracdan asılı olan İnkişaf Etməkdə Olan Ölkələrə daha ciddi təsir göstərdi”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, mütəxəssislərin fikrincə, bütün kiçik və orta sahibkarlığın azı 55%-i pandemiyadan ciddi ziyan görüb.
Tarix: 22-06-2020, 20:57