Çinin “Lifan Motors” şirkəti müflis olmaq ərəfəsindədir. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət nəhəng borclar altındadır və kreditorlar arbitraj məhkəmələrində bu borcları geri almaq üçün iddialar qaldırıblar. Əgər həmin iddialardan bir qismi olsa belə, təmin edilsə müəssisənin müflisləşməsi qaçılmaz olacaq.
“Autohome” portalı bildirir ki, “Lifan Motors” özü arbitraj məhkəmələrində 2.9 milyard yuan məbləğində cəmi 392 iddia qaldırıldığını açıqlayıb. Bu, təxminən 400 milyon dollara yaxındır. Zəif satışları və daha əvvəl yığılmış bocları da nəzərə alanda “Lifan Motors” həyat və ölüm arasındadır. İstisna edilmir ki, “Lifan”ın ancaq Azərbaycan və Uruqvaydakı zavodları qalacaq.
Qeyd edək ki, Azərbaycanın Naxçıvan bölgəsində “Lifan” modellərinin yığılmasını həyata keçirən “NazLifan” avtomobil zavodu fəaliyyət göstərir, bu zavodun “NazLifan” brendi altında buraxdığı avtomobillər daxili bazarda populyar deyil. Zavod gah fəaliyyətini dayandırır, gah məhdud həcmdə avtomobillərin yığılmasını həyata keçirir. Ötən ilə olan məlumata görə, 2010-cu ildən bəri “NazLifan” cəmi 5 minə yaxın avtomobil buraxmışdı.
Tarix: 21-06-2020, 21:30