YENƏ SƏHİYYƏ TENDERİ, YENƏ “ARASH”! – Səhiyyənin “tender kralı”nın sabiq spikerlə əlaqəsi varmı…?

Azərbaycanda hər sahənin öz “tender kralı”nın olduğu heç kimə sirr deyil. Həmin “krallar”ın isə bu və ya digər formada hansısa məmur-oliqarxa bağlı olduğunu da bilməyən yoxdur. Həmçinin, Azərbaycanda büdcə vəsaitlərinin mənimsənilməsinə dair ən böyük şübhələrin məhz dövlət satınalmaları və tenderlərlə bağlı olduğunu da mütəxəssislər dəfələrlə səsləndiriblər. Amma nə faydası, yenə “köhnə hamam, köhnə tas…”
Hər sahənin öz “sahibi” olduğu kimi, son 10 ildən artıq müddətin nəticələri göstərir ki, tibbi ləvazimatların təchizatı, avadanlıqların satınalınması başda olmaqla, səhiyyə sisteminin də favoriti “Arash Medical Company” MMC-dir.
Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.
Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” təkcə həmin yarandığı il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.
“Araş Medical Company MMC” son 9 il ərzində əksəriyyəti Səhiyyə Nazirliyindən olmaqla ümumi dəyəri 250 milyon manatdan yuxarı dövlət satınalması əldə edib. Bu, olduqca böyük məbləğdir və ona görə də bu qədər tenderin bir şirkətə verilməsi təsadüfi sayılmır. Belə ki, sözügedən şirkətin sabiq spiker Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsus olduğu bildirilir və qeyd olunur ki, bu şirkətin səhiyyə sisteminin “favorit”inə çevrilməsində Oqtay Əsədovla Səhiyyə naziri Oqtay Şirəliyevin münasibətlərinin xüsusi rolu var. Hələlik mətbuatda bu iddianı təkzib edən məlumat dərc olunmayıb.
Maraqlıdır ki, Oqtay Əsədov artıq xeyli vaxtdır vəzifəsilə vidalaşsa da, sözügedən şirkətin səhiyyə tenderlərilə bağlı işləri yenə öz qaydasında gedir. Belə ki, son məlumata görə, “Analitik Ekspertiza Mərkəzi”nin avadanlıqların satın alınması üçün elan etdiyi tenderin qalibi “Arash Medical Company” olub. Qurum laboratoriya avadanlığının satın alınması üçün “Arash Medical Company” MMC ilə 290 min 68 manat məbləğində müqavilə bağlayıb. Əlbəttə ki, bu məbləğ şirkətin indiyə qədər qazandığı satınalmalarla müqayisədə çox kiçikdir.
Təbii ki, normal, azad rəqabət şəraitində və məmur oliqarxiyasından uzaq bir mühitdə hansısa şirkətin çoxlu sayda tender qazanmasına adi hal kimi baxıla bilər. Ancaq Azərbaycan reallıqları və yuxarıda sadalanan şərtlərin heç birinin ölkədə olmaması belə satınalmalarla bağlı ciddi şübhələrin yaranmasına əsas verir. Bu şübhələri Mədəniyyət Nazirliyində aparılan həbslər və nazirliklə tender müqavilələri bağlayan şirkət rəhbərlərinin “otkatlar”la bağlı istintaqa verdikləri ifadələri daha da gücləndirir…
Bir daha xatırladaq ki, mətbuatda dərc edilən rəsmi statistik göstəricilərə görə, son 9 ildə sözügedən şirkət 250 milyon manatdan artıq dəyərdə tenderin qalibi olub…
“AzPolitika.info”
Tarix: 16-06-2020, 17:00
-
Bu gün, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Bu gün, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”