Cavid Qurbanov indidən SÜRƏTİ aşağı salmalıdır... - Əks halda "diqqətə" gələ bilər...

Bu gün "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətə təqdim etdiyi qiymətlər böyük narazılıqla qarşılanmaqdadır. Amma buna rəğmən ADY rəhbərliyi bütün etirazları qulaqardına vurmaqla məşğuldur. Hazırda pandemiya səbəbindən rayonlara gediş-gəliş durdurulub. Amma pandemiyadan sonranı indidən fikirləşmək lazımdır və yaxşı olar ki, Cavid Qurbanov indidən köhnə narazılıqların qarşısını almağa çalışsın. Burada yeganə narazılıq qiymət bahalılığından olsa da, bu narazılığa səbəb olan məqam ciddi araşdırma tələb edir. Çünki ortada yeyinti şübhəsi var... Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir. Hələ keçən il Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarlarında qiymətin bahalığı ilk gündən gündəmə gəlib və çoxsaylı etirazla qarşılanıb. Ekspertlər bu qiymətlərlə bu istiqamətdə rentabellilik olmayacağı qənaətindədir. Qiymətin iki dəfə endirilməsinə səbəb kimi də məhz rentabelliliyin olmayacağının əsas götürüldüyü deyilir. Hətta ucuzlaşdırılan qiymət belə Gəncəyə getmək üçün sərfəli deyil. Şəhərlərarası taksilərlə Gəncəyə gedib-gəlmək daha sərfəlidir. Bu, həm vaxt, həm də maliyyə baxımından vətəndaşların qənaət etməsinə səbəb olur. Ancaq görünən odur ki, Cavid Qurbanovun rəhbərlik etdiyi "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qiymətin müəyyənləşdirilməsi zamanı bir çox amilləri nəzərə almır.
Yenilənmiş biznes qiyməti də ucuz deyil və hamı üçün əlçatan hesab olunmur. Ekspertlər bildirir ki, Dəmir Yolları qazanc əldə etmək və bu böyük layihəyə xərclənən maliyyəni göyə sovurmaq istəmirsə, qiymət siyasətinə yenidən baxmalıdır. Bildirək ki, heç bir dövlət qurumu biznes layihə həyata keçirərkən bazar qiymətləndirilməsini nəzərə almır.
Biznes yerlərinin qiymətinin 2 dəfə ucuzlaşması da bunun əyani sübutudur. Bütövlükdə idarəetmədə bu problemlər var. Sadəcə məqsəd o idi ki, layihə icra olunsun, məbləğ artırılsın, yeyinti baş versin və s. Qiymətin azaldılması effektiv planlaşdırılmanın olmamasının nəticəsidir. Hazırki qiymətləri nisbətən qəbuledici hesab etmək olar.
Təbii ki, dəyərin bir az da aşağı endirilməsi əhalinin xərcləri baxımından vacibdir. Onu da nəzərə almaq lazımdır ki, bu layihələr nəticəsində dövlət büdcəsindən kifayət qədər invenstiyalar cəlb olunur. Yenə bu xərc dolayısı yolla vətəndaşlardan çıxmalıdır.
Marşrut istifadəyə veriləndə də bu qiymətlərlə Bakı-Gəncə qatarının effektiv olmayacağını yazmışdıq. Avtomobil yolu cəmi 3,5 - 4 saata başa gəlir. Qiymət də daha ucuzdur. Bu qatarlar da Gəncəyə eyni vaxta çatır. Avropada sürət qatarından mənzil başına tez çatmaq üçün istifadə edilir. Bizdə isə belə deyil. Biznes klass qiymətlərinin də çox bahalı olması əvvəlcədən tələbatın olmayacağını deməyə əsas verirdi. Qiymətlərin belə tez-tez dəyişməsi sübut edir ki, "Azərbaycan Dəmir Yolları" böyük layihələri həyata keçirərkən nə bazar araşdırması, nə marketinq analizi edib. İndi qiymət məsələsində problem çıxır və öz qərarlarını tez-tez dəyişmək məcburiyyətində qalırlar. Bu məsələnin və idarəetmənin kökündən yanlış olduğunun bariz nümunəsidir. Bu cür layihələrin öncədən iqtisadi-sosioloji pasportları keçirilir və sorğular nəticəsilə atılacaq addımların effektiv olması planlaşdırılır. Bizdə isə nəticələri üzə çıxdıqdan sonar qərarlar tez-tez dəyişdirilir. Bu da ümumilikdə idarəetmədə səriştəsizliyinin göstəricisidir. Azərbaycan Dəmir Yollarında tez-tez baş verən hadisələr sübut edir ki, idarəetməyə yanaşma kökündən səhvdir.
Hələlik vaxt var. Cavid Qurbanov indidən hərəkətə keçməlidir. Sonra gec olacaq. Onsuz da bütün yerlərdə narazılıqlar var və Cavid Qurbanov indidən tədbir görməsə, onun fəaliyyətinin araşdırılması diqqətə gələ bilər. Bu isə həmin sürət qatarlarının dasəcə bir yeyinti səbəbi kimi alındığını ortaya çıxarmış olacaq..."
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 16-06-2020, 14:50
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...