Köhnə söhbətə TƏZƏ NIRX... - Daha Səfər Mehdiyev qoçaqlıq etmir...
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin vəzifə başına təzə gələrkən kifayət qədər pafoslara meyillənməsinin təbii nəticəsi onun hazırki sükutu olmalı idi və oldu da. İndi daşdan belə səs çıxsa da, dediklərinin quru söz olduğu tam təsdiqlənmiş baş gömrükçüdən səs-səmir gəlmir. Əvəzində isə biz DİA.AZ olaraq hörmətli komitə sədrinə köhnə günlərini xatırlatmaq istəyirik. O günləri ki çəkinmədən jurnalistlərin qabağına çıxır və özünün "süddən çıxmış ağ qaşıq" olduğunu iddia etdirməyə çalışırdı... Amma hər kəs fərqində idi ki, Səfər Mehdiyev DGK sədri postuna göydən zənbillə enməmişdi, elə həmin DGK-dakı korrupsiya şəbəkəsinin layiqli qurucularından biri olmuşdu, birinci müavin postunu tutaraq gömrük sistemini zəlil günə qoyanlardan biri kimi hər zaman diqqətdə idi...
Az əvvəl də qeyd etdiyimiz kimi, DİA.AZ olaraq tam iki il əvvələ - Səfər Mehdiyevin meydan suladığı dönəmə yenidən işıq salmaq istəyirik. Yəni cənab DGK sədri ilə jurnalistlərin görüşünə...
Bəri başdan qeyd edək ki, KİV nümayəndələri ilə görüş, artıq əvvəldən polemik forma aldı. Suallar əsasən problemləri əhatə edirdi. Bu da deyəsən, DGK sədrini hövsələdən çıxarırdı, nəticədə isə biz maraqlı ifadələr ilə dolu çıxışa şahid olduq: “Əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq həbsxanada oturmağa hazırıq”, “Hesab edirsiniz ki, yüz faizlik inhisarçılıq var?”.
Birinci məsələ ən azı ona görə maraqlıdır ki, Azərbaycanda qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə” haqqında qanuna görə “Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində” dəyəri 55 manatdan yuxarı hədiyyə ala bilməz. Bizdə insanlar bir çox hallarda bunu sanki başqa cür başa düşürlər, məsələn 1 manatı rüşvət saymırlar (baxmayaraq ki, vəzifəsindən sui-istifadə etdikdə, hər bir məbləğ rüşvət sayılır).
Lakin sədrin ikinci ifadəsi, müəyyən qədər iqtisadi nəzəriyyə və hüquqi cəhətdən maraqlıdır. Ümumiyyətlə 100%-lik inhisar anlayışı iqtisadi kateqoriya və ya ayrı anlayış kimi mövcud deyil. Görüşün stenoqramına müraciət etsək görə bilərik ki, bu sözlər əslində tərəflər arasında anlaşılmazlıq nəticəsində yaranıb və DGK sədri “100% inhisar»dan danışmalı olub:
“Səfər Mehdiyev: Siz hesab edirsiz ki, var?
Jurnalist: 100 faiz var
S.M.: 100 faiz var? Bir dənəsini göstərə bilərsən? Mən hesab edirəm ki, 100 faizlik inhisar yoxdur.
J.: – 100 faizlik olan şey deyil.
S.M.: Yox, bir dənəsini göstər. Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər.
J.: sahibkarlar Azərbaycana sərbəst şəkildə banan gətirə bilərlərmi?”
Bunu izah etmək üçün, iqtisadi nəzəriyyəyə baxmaq lazımdır. Azərbaycan dilində bu sahəni izah etmək üçün, bir neçə anlayışlardan istifadə edirlər: monopoliya, inhisar, qeyri-təkmil rəqabət. Hər biri eyni prosesi və bazar növünü xarakterizə edir. Azərbaycan dilində əsas istifadə olunan söz isə inhisardır. Bu söz ərəb dilindən götürülüb və “təkəl”, “təkəlçilik” mənasını verir. İqtisadiyyatın əsas dili olan ingilis dilindəki qarşılığı “monopoly”-dir. Bu sözün kökü isə yunan dilindəndir və iki söz: “mono” – tək və “polein” – satmaq sözlərinin birləşməsi ilə əmələ gəlib. Sözün mənasına əsaslanaraq, deyə bilərik ki, inhisar “müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi haldır. Eyni zamanda inhisar bir sıra digər xüsusiyyətləri ilə də seçilməlidir (satılan məhsulun tipi, qiymət üzərində nəzarət, sahəyə daxil olmaq şərtləri, məlumatı əldə etmək imkanı, qeyri-qiymət rəqabət və s.). Ümumiləşdirsək, inhisar anlayışını belə göstərə bilərik, “müəyyən bir obyektə şəriksiz sahib olmaq, onu mənimsəmək (məsələn, torpaq mülkiyyəti üzərində inhisar) və ya müəyyən bir istehsal sahəsi üzərində, bazarda inhisarçılıq”.
İnhisarın yaranması müxtəlif səbəblərdən asılıdır və əsasən istehsalın və kapitalın təmərküzləşməsi, mərkəzləşməsi nəticəsində baş verir. Tarixdə bunun bir çox nümunələrini görə bilərik (Böyük Britaniyada vaxtilə mövcud olmuş Ost-İndiya şirkəti, ya da SSRİ-də mövcud olmuş dövlət inhisarları və s.).
Mövcud olan praktikaya əsasən, inhisarın bir neçə formasını seçirlər. Onlar arasında ən əsasları: xalis və təbii inhisarlardır. Misal üçün, Azərbaycanda təbii inhisar daha tez-tez rast gəlinən haldır. Qanuna görə, təbii inhisar “istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti”dir. Bu şəraitdə fəaliyyət ilə məşğul olan subyekt də təbii inhisar hesab olunur. Bir çox hallarda təbii inhisar digər şirkətin bu şəraitdə fəaliyyəti mümkün olmadığı üçün yaranır (bir boru yalnız bir şirkətə məxsus ola bilər və s.). Onların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənir (siyahıda indi 141 subyekt mövcuddur və bir çoxları su təsərrüfatına aiddir).
S. Mehdiyevin dediyi “Yüz faizlik inhisar” isə daha çox “xalis inhisar” anlayışına yaxındır. Bu zaman müəyyən səbəblərə görə bir bazarın yalnız bir şirkətə və ya fiziki şəxsə məxsus olduğu deyilir. Bu əlavə sadəcə “təbii inhisar” anlayışından fərqləndirmək üçün istifadə olunur. Belə də, inhisarın 95% və ya 50%-i olmur. Əgər bazarda ən azı 2 şirkət mövcuddursa – o zaman, “duopoliyadır”, şirkətlərin sayı daha çoxdursa, o zaman “oliqopoliya” yaranır və s.
Xalis inhisar ifadəsi şərtidir. Reallıqda tam “azad rəqabət” bazarı olmadığı halda, xalis inhisar da mümkün deyil və bu elmi abstraksiyadır. Hətta, təbii inhisar da bir çox hallarda bazarın 100%-na nəzarət edə bilmir (nə “Azərsu”, nə də “Azərişıq” belə bir paya sahib deyillər, ən yaxşı halda bunu Hava Limanı və ya maqistral borulara aid edə bilərik). Amma hüquqi anlayış olaraq, inhisar sözü bir qədər başqa məna daşıyır.
Belə ki, Azərbaycanda inhisar ilə mübarizə “Antiinhisar fəaliyyəti” haqqında qanun ilə tənzimlənir. DGK isə məhz bu qanuna əsasən fəaliyyət göstərməlidir. Bu qanunda isə inhisar iqtisadi kateqoriya olaraq yox (ümumiyyətlə ayrı “inhisar” sözü orada istifadə edilmir), hüquqi kateqoriya kimi istifadə olunur. Hüquqi olaraq isə, inhisarçılıq fəaliyyəti – bazarda hər hansı hökmran mövqeyə malik olmağı və bununla da rəqabətə təsir edə bilən vəsaitlərdən istifadə imkanını nəzərdə tutur. Bunun üçün isə heç də bazara yüz faiz malik olmaq lazım deyil. Qanunda belə qeyd olunur ki, “Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur”. Düzdür bu pay ən azı inhisarın formalaşmasında digər amillərin mövcudluğuna görə, sahədən asılı olaraq fərqlənə bilər.
Hökmran mövqeyə malik olmaq, artıq rəqabəti məhdudlaşdırmağa imkan verir və bu da iqtisadiyyat üçün problemdir. Ona görə, hər hansı sahədə inhisarın mövcudluğu barədə kimsə danışanda, iqtisadi kateqoriya kimi yox, hüquqi olaraq “hökmran olmaq” başa düşülür. Misal üçün, 2017-ci ildə Azərbaycanda kərə yağının orta qiyməti il ərzində 9,58 AZN-dən 14,69 AZN-ə kimi və ya 53,3% artmışdı (dünya bazarında il ərzində maksimal artım 39% təşkil edib, ilin sonuna isə ilin əvvəli ilə müqayisədə artım 8% idi, Azərbaycanda isə qiymətlər artırdı). Buna əsas təsir edən amil də, xaricdən gətirilən kərə yağının qiymətində 65,7% artım idi. O zaman bir çoxları bunu, idxal bazarında mövcud olan inhisar ilə bağlamışdı.
DGK isə maraqlı bir bəyanat ilə çıxış etdi və inhisarın olmamasını bazarda mövcud olan şirkətlərin sayı ilə əsaslandırmağa çalışdı və məlumata görə, “2017-ci ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət” kərə yağı idxal edilmişdir. Belə alınır ki, bazarda 43 şirkət mövcuddur və burada inhisar (əslində hökmran mövqe) mümkün deyil. Amma reallıq bir qədər başqadır.
2017-ci ilin 9 ayı nəticəsində idxal olunan kərə yağının fiziki həcmi 8391,53 ton təşkil edib, onun da 6449,17 ya da 76,85% Yeni Zelandiyanın payına düşür. Başqa sözlə, 4 şirkətin payı 76,85%, qalan 39 şirkətin payına isə 23,15% düşür. Eyni bəyanatda, DGK xəbər verirdi ki, 2016-ci ildə Yeni Zelandiyadan Azərbaycana kərə yağının idxalı ilə 5 şirkət məşğul idi. Başqa sözlə, 2016-ci ildə 5 şirkətin payına kərə yağı idxalının 74,3% (birinə 14,86%) düşürdü. Müqayisə etsək, görə bilərik ki, 2017-ci ildə Yeni Zelandiyadan kərə yağının idxalı ilə məşğul olan bir şirkətin payına artıq 19,21% düşür. Bu isə müəyyən tendensiyaları göstərir. Bu tendensiyaları hətta dünya bazarı üzrə müşahidə etmək olar. Belə ki, 2018-ci ildə Yeni Zelandiyanın payına artıq idxalın 54% düşürdü, amma kərə yağının orta qiyməti 15,9-16,2 manat arasında dəyişir. Dünya bazarında isə kərə yağının qiyməti 2018-ci ildə hətta 2017-ci ilin yanvarı ilə müqayisədə aşağı düşmüşdür. Eyni zamanda Azərbaycan daha ucuz olan Belarus və Ukrayna kərə yağının idxalını artırdı, amma qiymətlə yenə də yuxarı səviyyədə qalır. Başqa sözlə, qiymətlər düşməli idi, amma onlar sabitdir. Məhz belə məsələlər DGK-nı maraqlandırmalıdır.
Belə vəziyyət, idxal edən şirkətlər arasında müəyyən sözləşmənin göstəricisi ola bilər, bu isə artıq rəqabətin pozulmasıdır və bunun baş verməməsi üçün, idxal qiymətlərinin formalaşmasına DGK müəyyən qədər nəzarət etməlidir. Çünki DGK-nin, hökumətin bir nümayəndəsi olaraq, məqsədlərindən biri, məhz bazarda rəqabət şəraitini təmin etməkdir. Belə tendensiyalar isə əksinə problem yaradır. Ona görə, bazarda qiymətlərin qalxması üçün, «yüz faiz» monopolist olmaq şərt deyil, 35% də kifayətdir ki, bazarda hökmran mövqeyə malik olasan.
Nədən köhnə tarixdəki rəqəmlərdən sitat gətirdik? Çünki həmin rəqəmlər Səfər Mehdiyevin böyük bəyanatlar verdiyi dönəmdə aktual idi. Hə indiki mənzərə necədir? Bununla bağlı isə artıq dastan bağlamışıq. Amma nədənsə DGK dia.az-da yer alan faktları görməzlikdən gəlir.
Amma yenə də qarşı tərəfi də böyük məmuniyyətlə dinləyərdik...
Tarix: 16-06-2020, 10:49
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO
-
26-10-2024, 17:15
Masazırda zibilliklərin üstündə tikilən evlər - Abşeron RİH maklerlə necə “anlaşıb“?
-
25-10-2024, 10:08
QARABAĞ QAZİSİ DƏRMANLARINI ALA BİLMİR... - “Atamı qanunsuz olaraq işdən çıxardılar..." / FOTO
-
25-10-2024, 10:06
"Araz Supermarket"in İdarə Heyətinin sədri məhkəmə qarşısında: Əmək qanunvericiliyi pozulub - FOTO
-
21-10-2024, 20:41
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
-
21-10-2024, 20:12
“İnvestAZ”: Dələduzluğun bir növü, YOXSA?.. - GÜVƏNMƏK OLMAZ!!!
-
21-10-2024, 20:10
Maksim Cavadovun rəhbərlik etdiyi zavod barəsində protokol tərtib edildi – Ölkədən vəsait çıxarılıb
-
21-10-2024, 20:09
"Respublikanski"də doğuşdan sonra komaya salınan ana - Bir qazinin məhv edilən ailəsi
-
21-10-2024, 20:08
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
-
21-10-2024, 20:07
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
19-10-2024, 09:17
QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR – “Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram” / Video
-
19-10-2024, 09:14
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
18-10-2024, 09:29
Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
-
17-10-2024, 14:36
Ağdam İH bir şirkətə iki tender verdi — 400 minlik
-
17-10-2024, 14:29
Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq
-
16-10-2024, 22:07
AQTA Rusiyaya meyvə aparanlara “hücuma keçib”: Yüzlərlə maşın Kürdəmirdə saxlanılır
-
16-10-2024, 22:06
Xəzər rayonunda nə baş verir? – Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar
-
16-10-2024, 22:05
Neft borusu üstündə bazar: Vətəndaşlar narahatdır, SOCAR isə yox
-
16-10-2024, 22:04
Əmrullayev Azərbaycan təhsilinin ANASINI NECƏ AĞLAR GÜNƏ QOYDU...
-
16-10-2024, 22:03
TƏBİB deputatın oğluna məxsus obyekti 1,17 milyon manata icarəyə götürdü - Başqa nə cür olmalı idi ki...
-
16-10-2024, 22:02
AQTA Mərkəzi Aran Regional bölməsi narazılıq yaradır - NARAZILIQ
-
16-10-2024, 22:01
İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir
-
16-10-2024, 22:00
Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ – Asəf Quliyev necə idarə rəisi oldu?
-
16-10-2024, 21:59
DSX-dakı maliyyə maxinasiyaları haqda növbəti faktlar – “YANACAQ XƏRCİ”, “ÖLÜM FONDU” ADI ALTINDA MƏNİMSƏNİLƏN VƏSAİTLƏR…
-
16-10-2024, 21:58
Kəmaləddin Qafarovun biznes imperiyası: Deputatın hansı şirkətləri var?
-
16-10-2024, 21:58
“Rahat“ market saxlama müddəti ötmüş məhsullar satıb - Protokola Xankəndi məhkəməsində baxılacaq
-
15-10-2024, 22:46
“ŞaurmaN1” qalmaqalının gerçəkləri: ölkə rəhbərliyindən ədalət istənilir
-
15-10-2024, 22:37
Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır – Son qiymətlər