Yanacaq sənayesini qarşısıalınmaz tənəzzül gözləyir... - BİR NEÇƏ AMİL VAR

Ucuz bərpaolunan enerji, iqlim siyasəti, koronavirus pandemiyası mədən yanacağı şirkətlərini “qarşısıalınmaz tənəzzül” prosesinə doğru sürükləyir. Müdaxilə olunmasa, yeni maliyyə böhranı yarana bilər. Bu haqda iyunun 4-də yeni hesabat açıqlanıb.
Araşdırmanı “Carbon Tracker” beyin mərkəzi aparıb. Mərkəz daha təmiz enerjiyə keçidin neft, təbii qaz və kömür sənayesinə sərmayələrə risklərini dəyərləndirir. Beyin mərkəzinin məlumatına görə, pandemiyanın səbəb olduğu çöküş səbəbindən bu məhsullara tələb heç vaxt tam bərpa olunmaya bilər.
“Mədən yanacağı sisteminin tənəzzül və iflasını müşahidə edirik”, – araşdırmanın həmmüəllifi Kingsmill Bond deyib.
Bondun sözlərimə görə, texnoloji innovasiya və siyasi dəstək mədən yanacağına tələbatı bütün sektor və ölkələrdə zəiflətmişdi və COVID-19 pandemiyası bunu sürətləndirdi. “İndi biz bütünlükdə yanacağa tələbatın zəiflədiyini görürük”, – o vurğulayıb.
“Reuters” yazır ki, bəzi proqnozlarda karantin qadağaları qaldırılan kimi tələbatın artacağı bildirilir.
Ancaq Carbon Tracker-in araşdırması daha geniş miqyasda nəzərdən keçirilir, iqlim dəyişikliyini beynəlxalq tənzimləmə təşəbbüslərini məlumatla təchiz edir. Bu təşəbbüslərə BMT-nin elçisi, “Bank of England”ın keçmiş rəhbəri Mark Karni liderlik edir.
Hesabatda vurğulanır ki, mədən yanacağına tələbin azalması üstəgəl investorlar üçün riskin yüksəlməsi neft, qaz və kömür ehtiyatlarının dəyərini 60 faizdən çox azadlda, qlobal iqtisadiyyatı sarsıda bilər.
“Qarşısıalınmaz tənəzzül tələb zəifləyəndə başlayır. Məsələn, kömürə qlobal tələbat 2013-cü ildə zəiflədi və heç vaxt əvvəlki səviyyəyə qalxmadı”, – Kingsmill Bond “Frans Pres”ə deyib.
Hələ koronavirus pandemiyasından qabaq bir çox təhlilçilər neft və qaza qlobal tələbatın 2020-ci illərin ortalarında zəifləyəcəyini deyirdilər. Beynəlxalq Enerji Agentliyi isə onilliyin sonuna yaxın neftə tələbatın sabitləşəcəyini proqnozlaşdırırdı. //virtualaz.org//
Tarix: 5-06-2020, 13:41
-
Bu gün, 10:37
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA
-
Bu gün, 10:17
Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı
-
Bu gün, 09:45
Nəsimi rayonunda aylardır qazılan yol təmir edilmir - VİDEO
-
Bu gün, 08:59
Türkiyəli sürücülər Naxçıvan yol polisinin cərimə adı altında onları hədələyərək rüşvət aldığını iddia edirlər
-
Dünən, 23:02
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
-
Dünən, 23:01
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
-
Dünən, 22:45
Ankarada tarixi dəyişiklik müzakirəsi – Türkiyəni iki qüvvə idarə edəcək?
-
Dünən, 22:35
Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı - Şagirdlərin sinifdə saxlanılması...
-
Dünən, 22:32
Abşeronneft Neft Qaz çıxarma idarəsində qazanc yoxdur, işlək boruları satıb pul qazanırlar - VİDEO
-
27-07-2026, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
27-07-2026, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
27-07-2026, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
27-07-2026, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
27-07-2026, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
27-07-2026, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
27-07-2026, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
27-07-2026, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
27-07-2026, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
27-07-2026, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
27-07-2026, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
27-07-2026, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
27-07-2026, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
27-07-2026, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
27-07-2026, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
27-07-2026, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
27-07-2026, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
27-07-2026, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“