«MuğanBank» ASC-də qalıq borcları "balalayır"? - ŞİKAYƏT

Ucar şəhəri Heydər Əliyev Prospekti, ev 87, mənzil 16-da yaşayan İsmayılzadə Akif Səlim oğlu şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaş yazır:
"Mən ikinci qrup əliləm Heç bir yerdən əlavə gəlirim yoxdur. Ancaq aylıq 240 manat pensiya puluna möhtacam. Onunda bir hissəsini ölkənin sosial potensiyalını ağlar günə qoymuş acgöz bank məmurları sümürürlər. Əlbətdəki onlar bunu eyni səviyyədə olan İcra və Probasiya məmurlarının əliylə edirlər.
Belə ki, hamı kimi məndə problemli kreditorçuların siyahısında idim. Ucar rayon İcra və Probasiya şöbəsinin 27.07.2018-ci il tarixli 684 saylı məktubunda göstərdiyi 588,09 manat qalıq borcunun ödənilməsi üçün DSMF-nin Ucar şöbəsi hər ay pensiyamdan 50,11 manat tutaraq «MuğanBank» ASC-n- köçürülür. Artıq mənim bu banka 01.03.2019-cu il tarixə qalıq borcum 237,32 manat qalmışdır. Həmin vaxt cənab Prezidentin problemli kreditlər barədə 28.02.2019-cu il tarixli məlum fərmanından sonra 01.03.2019-cu il tarixdən pensiyamdan pulun tutulması dayandırıldı və bir il möhlət verildi.
Tam bir ildən sonra yəni 2020-ci ilin mart-aprel aylarından mənim pensiyamdan 60,18 manat (əvvəlkindən 10,07 manat çox) tutulmağa başlanıldı.Hansı ki, cənab Prezidentin məlum fərmanında göstərilir ki, bir il möhlətdən sonra qalıq borcları beş il ərzində ödənilsin. Ölkədə karantin rejimi olduğu üçün aidiyyatı qurumlarla əlaqə yarada bilmədim. Nəhayət ki, DSMF-nin Ucar rayonu üzrə şöbəsi 29.04.2020-ci il 20631213248 saylı məktubuyla müraciətimə cavab yazaraq bildirdi ki, Ucar rayon İcra və Probasiya şöbəsinin 20.02.2020-ci il tarixli 151/2020saylı məktubuna əsasən «MuğanBank» ASC-ə olan 313,16 manat qalıq borcu üstəgəl 20,00 manat rüsum puluna görə aylıq olaraq 60,18 manat olmaqla pensiyamdan tutulur. Hansı ki, yuxarıda qeyd etdiyim kimi cənab Prezidentin məlum fərmanına qədər mənim qalıq borcum 237, 32 manat qalmışdır. «MuğanBank» ASC-nin fikrinə görə bu qalıq borcum balalayır. Yoxsa mənim qalıq borcum naməlum səbəbdən 95, 84 manat şişirdilməzdi.
Odur ki, mətbuat vasitəsi ilə aidiyyatı qurumlara,əsasəndə Mərkəzi Bankın sədri Elman Rustəmovdan və Ədliyyə Naziri Fikrət Məmmədovdan xahiş edirəm bu biabırçı özbaşınalığı edən şəxslərə qarşı hüquqi tədbir görsünlər.və bu qanusuzluqda günahı olan şəxslər layiqincə cəzalandırılsınlar. Əlbətdəki mənə hesablanan 95,84 manat pulun araşdırılıb silinməsi üçün lazımi göstəriş versinlər".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 2-06-2020, 09:15
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...