Gömrükdə SIXINTILI DURUM - Deputat danışır...

Son günlərdə "Samur" gömrük postunda yaranmış vəziyyət Rusiyaya mal aparan iş adamlarını ciddi şəkildə narahat edib.
Belə ki, son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilib ki, buna səbəb mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının ixracının, eləcə də ölkəmizdən keçən tranzit yük nəqliyyat vəsaitlərinin sayının artmasıdır. Məlumatda o da qeyd olunub ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, mayın 27-də 260, mayın 28-də 278, mayın 29-da isə 281 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb.
Hazırda, 1 iyun tarixində sözügedən sərhəd-keçid məntəqəsində vəziyyətin necə olmasını öyrənmək üçün Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi ilə əlaqə saxladıq.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Cebhe.info-ya açıqlamasında deyib ki, problem tamamilə həll olunmasa da, gücləndirilmiş iş rejimidir:
“Hazırda “Samur” gömrük postunda mövcud sıxlıq yüngül şəkildə qalmaqdadır. Hal-hazırda gücləndirilmiş iş rejimində fəaliyyət davam edir və yük maşınlarının keçidi təmin olunur. Gün ərzində 300-ə qədər yük maşını keçir. Bu, tək ixracata aiddir. Mövcud sıxlıq yaxın 2-3 gün ərzində tam aradan qaldırılacaq”.
Məsələyə millət vəkili Fazil Mustafa da münasibət bildirib. Millət vəkili qeyd edib ki, gecəli-gündüzlü çalışılıb vətəndaşın düşdüyü vəziyyətdən çıxmasına kömək etmək lazımdır:
“Bu məsələdə dövlətin bütün strukturları, müvafiq qurumlar ciddi çalışmalıdır ki, insanların malları xarab olmasın. Bu istiqamətdə dövlət mümkün olan bütün addımları atmalıdır. Onsuz da pandemiya dövründə xeyli zərərə düşüblər. Heç olmasa, bu zərərin kompensasiya olunması üçün orada xüsusi rejim yaradılmalı və yük maşınlarının sürətli gediş- gəlişi təmin olunmalıdır. Burada hər hansı bir bəhanə ola bilməz. Burada gecəli-gündüzlü çalışılmalı da olsa, vətəndaşın düşdüyü vəziyyətdən çıxmasına kömək etmək lazımdır. Yəni bütün hallarda gözləmə isti hava şəraiti ilə əlaqədar məhsulu zay edir. Bu məhsulların hətta bir neçə saat gözlədilməsi də onun sıradan çıxmasına səbəb ola bilər. Ona görə də sənədləşmə və digər məsələlər operativ həll olunmalıdır ki, vətəndaşın sıxıntısı azalsın və zərərə düşməsin”.
Deputat “Samur” gömrük postuna alternativ yaradılmasının vacib olduğunu da əlavə edib:
““Samur” gömrük postuna alternativ post da yaratmaq lazımdır. Onsuz da vətəndaşlar buraxılmır. Heç olmasa, yük maşınlarının buraxılışını rahat formada həyata keçirmək lazımdır ki, vətəndaşlar bazara məhsul çıxararaq qazanc əldə edə bilsinlər”.
Tarix: 1-06-2020, 17:29
-
Dünən, 18:14
Quru sərhədlər əbədiyyətə qədər bağlı qala bilməz - Açıqlama
-
Dünən, 18:08
FHN-nin bu qurumu müvafiq lizenziyası olmayan MMC ilə müqavilə bağlayıb – Bu açıq-aşkar qanunsuzluqdur
-
Dünən, 16:34
“Təhsildəki real problemləri gizlətmək düzgün deyil” -ELŞƏN QAFAROV
-
Dünən, 16:16
DİQQƏT! Azərbaycanda klinikalar bu əmələ görə CƏRİMƏLƏNƏCƏK
-
Dünən, 13:11
Suraxanıdakı poliklinikada yeniyetmə ölümdən döndü – həkim səhlənkarlığı
-
Dünən, 12:56
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO
-
Dünən, 12:39
Əlsəfa Məmmədov bu qədər sərvəti necə toplayıb?
-
Dünən, 12:37
Mədəniyyət Nazirliyinə etirazlara aktrisa da qoşuldu – Foto
-
Dünən, 12:33
“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? - AÇIQLAMA
-
Dünən, 12:32
Yalnız “Azərişıq”ın tenderlərini udan şirkət: “SMART ENERGY SERVİCES” kimə məxsusdur? – ARAŞDIRMA
-
Dünən, 12:31
Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək
-
Dünən, 12:30
"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb
-
Dünən, 12:11
“QURU SƏRHƏDLƏR AÇILMALIDIR” – “İnkişaf üçün ölkəni böyük bir tikinti meydançasına çevirməliyik”
-
Dünən, 09:58
Nura Suri: "Jurnalist dostlarıma da bildirdim ki, sizdən incimirəm – yazmayın, mənə görə probleminiz olmasın."
-
18-11-2025, 21:50
SOCAR "unikal" sağlamlaşdırma şüarı: "Ya özün get, ya "İmtahan" başqa bir yol yox artıq ?!
-
18-11-2025, 21:25
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
-
18-11-2025, 21:11
Məktəbləri 7 milyon manata təmir edəcək ŞİRKƏT MƏLUM OLDU - TENDER
-
18-11-2025, 21:10
Damazlıq təsərrüfatı necə çökdürülüb? – Hesablama Palatası dəhşətli vəziyyəti üzə çıxarıb
-
18-11-2025, 21:02
İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi — ŞOK FAKTLAR/VİDEO
-
18-11-2025, 21:00
Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 1 milyon 700 min manatı nəyə xərcləyib?
-
18-11-2025, 16:20
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
-
18-11-2025, 16:01
ATF MMC regionlarda milyonluq tenderlər qazanır – Əvəz Qocayev–Sahil Babayev tandemi / Qocayevin biznes-imperiyası iddiaları
-
18-11-2025, 15:52
“Neftçilər”də milyonluq binalar inşa edən icra başçısına yaxın 10 manatlıq şirkət vergi borcunu ödəmir
-
18-11-2025, 15:50
Bakının statusu dəyişdi: İki region birləşir, körpü dəhlizə çevrilir – Əliyevin adı siyahıda
-
18-11-2025, 12:02
Məşhur tikinti şirkətinin xüsusilə külli miqdarda borcu var
-
18-11-2025, 10:43
Mübariz Mənsimov və qardaşının xeyli miqdarda borcu üzə çıxdı
-
18-11-2025, 10:39
“Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb” - Video
-
18-11-2025, 10:35
Sabiq nazir Səlim Müslümov barədə sensasion iddialar — Avropada gizli mülklər tikdirilir?
-
18-11-2025, 10:31
TƏBİB-in nəzərinə: Məlikov adına Binəqədi Tibb Mərkəzində xaos yaşanır - ŞİKAYƏT
-
18-11-2025, 10:29
Azərbaycanın ABŞ-də ilk səfiri: “Özümü diplomatiyanın tələbəsi sayırdım”