“Səba”nın külli miqdarda kredit borcları var: şirkət ciddi maliyyə çətinlikləri yaşayır
“Səba” Şirkətlər Qrupu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu barədə etibarlı mənbələrdən redaksiyamıza verilən məlumata görə, qrupa daxil olan ayrı-ayrı müəssisələrin götürdükləri 10 milyonlarla manat kreditləri qaytara bilmir. Bundan əlavə, qrupun səhmdarlarından biri olan Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətinin payının alınmasında da problemlər yaranıb.
Mənbənin bildirdiyinə görə, 2008-ci ildə Azərbaycan İnvestisiya Şirkəti qrupa sərmayə yatıraraq onun 25 faizlik səhmlərini əldə edərkən bağlanmış müqavilədə səhmlərin 2016-cı ildə geri alınması nəzərdə tutulmuşdu. Səhmlərin dəyəri olaraq 42 milyon manat müəyyənləşmişdi. 2016-cı ildə qrup səhmlərin geri alınmasına imkanı olmadığına görə prosesin 2019-cu ilədək uzadılmasını xahiş edib. Ötən il isə müddətin yenidən uzadılmasına nail olunub: “Şirkətin borcları xeyli çoxdur, ciddi maliyyə problemləri var. Təkcə broylerin 7 milyon manata yaxın borcu var. Bundan əlavə, “Xalqbank”a 4 milyon dollar bir, 6 milyon manat bir kredit borcu var. Şirkətlər qrupuna daxil olan “Qarabağ taxıl”ın 10 milyon manat kredit borcu var. Biləsuvar Aqro-nun da irihəcmli borcları var”.Mənbənin dediyinə görə, “Səba” Şirkətlər Qrupu Sahibkarlığa Kömək Milli Fondunun daimi müştərilərindən biri olub. Hazırda da Fonda irihəcmli kredit borcları yığılıb.Onu da qeyd edək ki, ötən ilin sonlarında “Səba”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyinə dair mətbuatda elan yerləşdirilib. Elandan aydın olur ki, yığıncaqda müzakirə olunacaq məsələlərdən biri də bankdan kredit götürülməsi üçün müraciət edilməsi olacaqdı. Nə şirkətin İnternet saytında, nə də mətbuatda yığıncağın keçirilib-keçirilmədiyinə dair məlumata rast gəlinmir.Qrupun 2018-ci ilə dair maliyyə hesabatından aydın olur ki, həmin il borcların qaytarılmasına 6 milyon 822 min manat sərf olunub. Ondan əvvəlki ildə isə bu məbləğ 14,1 milyon manat təşkil edib.Onu da qeyd edək ki, “Səba”nın əsas səhmdarları Quliyev Hidayət Məhiyyəddin oğlu(37,3 faiz), “Azərbaycan İnvestisiya Şirkəti” ASC (25 faiz), “Bakı İnvestment Company” MMC-dir(37.3 faiz). Bu qrupun real sahiblərindən birinin Mərkəzi Bankın İdarə Heyətinin sədir Elman Rüstəmov olduğuna dair dəfələrlə mətbuatda məlumatlar yayılıb.“Səba”dan AFN-ə məsələ ilə bağlı bildirildi ki, Şirkətlər Qrupunun ödənilməsi davam edən kredit borclarının olması doğrudur: “Lakin istehsal həcmimiz və məhsullarımıza tələbat, alıcılarımızdan daxil olan və daxil olmasını gözlədiyimiz vəsait bu borcları heç bir problem olmadan geri qaytarmağımıza imkan verir. Götürdüyümüz bütün kreditlər yatırım-investisiya xarakteri daşıyır. Biz kreditləri yeni sahələrə və genişlənməyə yönləndiririk. Misal üçün, ötən il “Qarabağ Taxıl”ın tərkibində dünyanın məşhur hibrid toxumçuluq müəssisəsi olan BC İnstitutla birlikdə ölkədə ilk hibrid toxumçuluq və orijinal soya toxumçuluğu sahəsinin qurulmasına başlamışıq. Bildiyiniz kimi, “Səba” Açıq Səhmdar Cəmiyyətdir və qanuna uyğun olaraq, bu ASC-nin səhmdarlarının hər bir görüşü barədə ən gec 1 həftə əvvəldən məlumat verilir, qəbul edilən qərarlar barədə mediaya informasiya yayılır.AFN-in İqtisadiyyat şöbəsi
Tarix: 9-05-2020, 20:15
-
Bu gün, 13:57
Pentaqon İspaniyanın NATO-dakı üzvlüyünün dayandırılmasını müzakirə edir
-
Bu gün, 13:48
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
-
Bu gün, 13:45
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin 8 vəzifəli şəxsi rüşvətə görə həbs edilib - BİRGƏ MƏLUMAT
-
Bu gün, 13:42
“İnex” şirkəti ilə lazeroloqlar arasında qalmaqal – Şirkət Taleh Heydərovun adını hallandırır
-
Bu gün, 13:37
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə MÜRACİƏT: - "İmkan vermir ki..."
-
Bu gün, 09:50
Finlandiyadan yeni təhlükəsizlik addımı - TƏHLİL
-
Bu gün, 09:16
Şumlanmayan sahələrə subsidiya verilib – Kənd Təsərrüfatı Nazirliyində nə baş verir?
-
Bu gün, 09:11
530 manatlıq analizə görə pasienti klinikadan qovdular – “Funda” hospitaldan ŞİKAYƏT
-
Bu gün, 08:46
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
-
Bu gün, 08:39
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”?
-
Dünən, 23:17
“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub
-
Dünən, 22:45
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
-
Dünən, 22:03
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
-
Dünən, 16:57
Prokurorluq araşdırma aparır - İcra başçısı isə Bərdənin deputatıyla Çin səddini gəzir
-
Dünən, 16:28
Avropa ölkəsindən Azərbaycanla bağlı mühüm qərar – 9 il sonra mərhələ dəyişdi
-
Dünən, 16:23
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirildi: vəzifəli şəxslər saxlanıldı
-
Dünən, 14:34
“Xəzərdə suyun azalması region üçün ciddi təhlükə yaradır” -TƏHLİL
-
Dünən, 12:52
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
-
Dünən, 12:46
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
-
Dünən, 12:43
Hesablama Palatası Mədəniyyət Nazirliyində nöqsanlar aşkarladı
-
Dünən, 09:49
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
-
22-04-2026, 23:58
AAYDA 54 saylı idarəsinin rəisi 300 min manatlıq maşında gəzir – Milyardlıq korrupsiya İZİ?
-
22-04-2026, 23:51
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
-
22-04-2026, 23:48
ÖZÜ HƏLƏ VƏZİFƏYƏ TƏSDİQLƏNMƏYİB, QRUP YOLDAŞINA VƏZİFƏ VERDİ
-
22-04-2026, 23:34
Məhəmmədli qəsəbəsində qanunsuz "makler evlər"inin tikintisi bitmir - RİH başçısı göstəriş verib?
-
22-04-2026, 23:32
Faizlərdən ən çox və ən az pul qazanan banklar hansılardı? - Siyahı
-
22-04-2026, 23:30
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
-
22-04-2026, 17:39
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
-
22-04-2026, 17:38
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? Asiman Həsənovun əli ilə….
-
22-04-2026, 17:36
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR