Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini bərpa edə bilər - AÇIQLAMA


 "Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər".
Oxu24.com  xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur.
“Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq.
Ondan sonra daha hansı sahələrin fəaliyyətinə icazə veriləcəyi müəyyənləşəcək.
Vəziyyətdən asılı olaraq qərar veriləcək”, - baş infeksionist bildirib.
Tarix: 28-04-2020, 17:06
Xəbəri paylaş



Xəbər lenti