“Medi Hall” hospitala gözəlləşmək üçün getdi... ÖLDÜ! - TƏFƏRRÜAT

Bakıda estetik əməliyyat etdirən qadın ölüb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo.az

Tarix: 16-02-2026, 11:37
Xəbəri paylaş



Xəbər lenti