Nizami rayonunda azyaşlılar tərəfindən ardıcıl soyğunlar: satıcılara hücum edildi


AzTimes.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonu, Neftçilər prospekti, Qara Qarayev küçəsi 61 ünvanında yerləşən “Nitsa Beauty” mağazasında soyğunçuluq hadisəsi baş verib.İlkin məlumata görə, hadisə mağazaya daxil olan biri qız, biri oğlan olmaqla iki nəfər azyaşlı tərəfindən törədilib. Onlar satıcıya hücum edərək mağazanın kassasında olan pul vəsaitini ələ keçirib və hadisə yerindən qaçıblar.Hadisədən dərhal sonra mağaza rəhbərliyi 102 – Polisə Çağrı Xidmətinə müraciət edib. Çağırış əsasında əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində araşdırma başlanılıb.Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən hadisənin bütün hallarının müəyyən edilməsi, eləcə də şübhəli şəxslərin kimliyinin və yerinin müəyyən olunması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Araşdırmalar zamanı o da məlum olub ki, sözügedən azyaşlılar daha əvvəl Nizami rayonu ərazisində yerləşən “Alive” mağazasında da oxşar soyğunçuluq hadisəsi törədiblər. Həmin hadisə zamanı satıcıya fiziki xəsarət yetirildiyi bildirilir.Hazırda hər iki fakt üzrə araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanları hadisələrdə iştirak edən şəxslərin saxlanılması üçün intensiv tədbirlər görür.Məsələ ilə bağlı rəsmi qurumlardan əlavə məlumat daxil olduqca AzTimes.az oxuculara təqdim edəcək.

Tarix: 30-12-2025, 13:18
Xəbəri paylaş



Xəbər lenti