Abşeronda anbarda güclü yanğın baş verib


Abşeronda anbarda güclü yanğın baş verib.

 

Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Tarix: 27-09-2025, 09:50
Xəbəri paylaş



Xəbər lenti