Gürcüstanda “SOCAR”a məxsus avtomobilə silahlı basqın edildi

Gürcüstanın Kareli bələdiyyəsində hakim “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında silahlı insident yaşanıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə zamanı “SOCAR” şirkətinə məxsus avtomobil silahlı hücuma məruz qalıb. Hazırki məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, hadisə ilə bağlı istintaq başlanılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfəri saxlayıblar. Onun kimliyi hələki sirr saxlanılır. 

Tarix: Dünən, 12:39
Xəbəri paylaş



Xəbər lenti