Moskvada “Uşaq aləmi” mağazasında partlayış olub- VİDEO

Moskvada mərkəzində Lubyanka meydanında yerləşən Mərkəzi Uşaq Mağazasında (“Uşaq aləmi”) partlayış baş verib. 

Neqativ.com  TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, azı üç nəfər yaralanıb.

Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayışa binanın bir mərtəbəsində şarların doldurulması üçün istifadə edilən qaz balonunda sızma səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Partlayışdan sonra ticarət mərkəzindən ziyarətçilər və işçilər təxliyə olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Tarix: 24-08-2025, 22:37
Xəbəri paylaş



Xəbər lenti