Suraxanı Rayon İcra Hakimiyyətində işə düzəltmək adı ilə dələduzluq edən qadınla bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən R.Musayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, R.Musayeva 2019-2021-ci illərdə 3 zərərçəkmişə qarşı ümumilikdə 20 000 manatlıq dələduzluq edib. O, həmin şəxslərdən birinə özünə aid lombardın olmasını bildirməklə ucuz qiymətə qızıl satacağına dair yalan vəd verib. Digərinin Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən 2 otaqlı mənzili hissə-hissə ödəniş etmək şərti ilə zərərçəkmişin adına keçirəcəyinə dair aldadıb. Təqsirləndirilən şəxs sonuncu “qurban”nı isə Suraxanı Rayon İcra Hakimiyyətində işə düzəldəcəyinə dair yalan vəd verib.


Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilib. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə R.Musayevaya cəza təyin edilməyib. Sumqayıt Apellyasiya Məhkəməsinin onun şikayətini təmin etməyib. 

Tarix: Dünən, 16:11
Xəbəri paylaş



Xəbər lenti