4 kiloqram qızılla tutulan bu başçının müavinidir - Sensasion gəlişməFOTO


 Xəbər verdiyimiz kimi Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4 kiloqram qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev saxlanılıb.

Musavat.com xəbər verir ki, Əfsər Mirzəliyev Xəzər rayon İcra Hakimiyyəti başçısının müavinidir.

Başçının 25 avqust 2020-ci il tarixli əmiri ilə ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Mirzəliyev Əfsar Xasay oğlu  – 1963-cü ildə Şamaxı rayonu Cəmcəmli kəndində  anadan olmuşdur. 1980-ci ildə Bakı şəhəri 8 saylı musiqi təmayüllü məktəbi bitirmişdir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun İnşaat mühəndisi fakultəsini, 2006-cı ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1985-ci ildə “Yoltexnika” təcrübə sınaq zavodunda mühəndis kimi başlamışdır, 1989-2001-ci illərdə “Yoltexnika” təcrübə sınaq zavodunda şöbə rəisi, 2001-2002-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişaf şöbəsində iqtisadçı, 2002-2008-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişaf şöbəsində böyük iqtisadçı, 2008-2012-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri, 2012-2015-ci illərdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, 2015-2020-ci illərdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1-ci dərəcə dövlət qulluqçusudur.
Ailəlidir, bir övladı var.
Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.
E.HÜSEYNOV
Musavat.com
Tarix: 30-12-2024, 22:17
Xəbəri paylaş



Xəbər lenti