Şahin Seyidzadəyə şok korrupsiya ittihamı - İÇƏRİŞƏHƏRƏ DAXİL OLAN AVTOMOBİLLƏRDƏN YIĞILAN PULLARDAN TUTMUŞ...

Şahin Seyidzadəyə şok korrupsiya ittihamı -
““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə bu dövlət qoruğunu şəxsi biznes obyektinə çevirib.

İçərişəhərdə yaşayan insanların problemləri, tələbləri onun üçün heç bir əhəmiyyət kəsb etmir.

İçərişəhərə daxil olan avtomobillərdən gün ərzində yığılan 8 min manat vəsait rəsmiləşdirilmir. Bundan başqa İçərişəhərdə baş tutan film çəkilişləri və digər tədbirlərdən alınan vəsaitlər də mənimsənilir”.

Bu sensasion iddia ilə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ağsaqqallar Şurası sədrinin müavini Saləddin Allahverdiyev Gununsesi.info-ya müraciətində çıxış edib.

Saytımıza müraciət edən Saləddin Allahverdiyev bildirib ki, Qoruqda baş verən neqativ halları Şahin Seyidzadəyə məktublar şəklində yazsa da heç bir tədbir görülməyib.

İçərişəhər ağsaqqalının “GününSəsi”ə müsahibəsini təqdim edirik:

 Redaksiyadan: Bu iddialarla bağlı Qoruğun mətbuat katibliyinə ünvanladığımız sorğu cavabsız qaldığından qarşı tərəfin mövqeyini işıqlandıra bilmədik.
Tarix: 3-02-2024, 09:16
Xəbəri paylaş



Xəbər lenti