Ermənistan hərbçisi qeyri-müəyyən şəraitdə güllə yarasından ölüb


Erməni hərbçi naməlum şəraitdə güllə yarasından ölüb.

 

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

“İyulun 26-da saat 16:30 radələrində hələlik aydınlaşdırılmamış şəraitdə “N” saylı hərbi hissənin hərbi qulluqçusu Murad Qriqoryan ölümcül güllə yarası alıb”, - məlumatda deyilir.

 

Qeyd olunur ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır./Report


Tarix: 27-07-2023, 08:56
Xəbəri paylaş



Xəbər lenti