Bulvarda qadın dənizə düşdü, saatlarla köməksiz qaldı

    


Bulvarda qadın dənizə düşdü, saatlarla köməksiz qaldı - VİDEO
Sosial şəbəkələrdə Bakı Dənizkənarı Milli Parkı ərazisində bir qadının dənizə düşməsini əks etdirən görüntülər yayımlanıb.

Bizim.Media xəbər verir ki, ən acınacaqlı hal onun saatlarla köməksiz qaması olub.

Görüntülərə əsasən məlum olur ki, dənizə düşən qadının harayına ilk hadisə şahidi olan Anar adlı şəxs çatıb. Olay yerində isə nə FHN-nin əməkdaşları, nə də Milli Parkın mühafizəçiləri görünməyib.


Hadisə ilə bağlı Milli Parkın ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən belə hadisənin qeydə alınmadığını və məsələdən xəbərsiz olduqlarını bildirdilər.


Qeyd edək ki, şahidlərin verdiyi məlumata görə, qadın son anda orada olan insanların köməyi ilə sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Tarix: 17-11-2021, 21:35
Xəbəri paylaş



Xəbər lenti