Qurd qapısı qəbiristanlığı kanalizasiya suları altında – Baki meriyasının ölülərimizə verdiyi qiymət


 
Etiraf etməliyik ki, Azərbaycan xalqının mental dəyərlərində ölülərə və onların dəfn olunduğu məzarlara böyük sayqı var. Bəzən sağlığında qiymətini bilmədiyimiz ölülərimizə elə yüksək dəyər veririk ki, qəbiristanlıqlarımız az qala ən gözəl abidələrlə bəzənmiş muzeylərə oxşayır. Bir sıra din adamları ölülərə hörmətdə ifrata varmağımızı qəbul etməsələr də, hər halda bu xasiyyətimiz Türk xalqlarının adət-ənənələrindən irəli gəlir. 
Tarixən Türklərin öz ölülərinə bəslədiyi bu hörməti yaxşı başa bilən düşmənlərimiz belə, bizdən ala bilmədikləri heyflərini qorxa-qorxa əzizlərimizin yatdığı məzarlardan alıblar. Düşmənə bu sevinci yaşatmaq istəməyən bir çox böyük sərkərdələrimiz dəfn olunduqları yerlərin gizli tutulmasını vəziyyət ediblər. Atillanın, Çingiz xanın yüzillərdir məzarının tapılmaması da ölülərimizə duyduğumuz sevginin nəticəsidir.
 
Bugünümüzün Azərbaycanında xalq olaraq məzarlara eyni sayğını göstəririk və yəqin ki, bu ənənəni bizdən sonrakı nəsillər də qoruyub saxlayacaq. Bir fərd olaraq heç nəyin ifratını bəyənməsəm də, mən də tarixi yaddaşımızdan süzülüb gələn bu adət-ənənəyə hörmətlə yanaşıram. Yəqin bu sətirləri oxuyanlar da eyni fikirdədir.

Videolar?

Qurd qapısı qəbiristanlığı kanalizasiya suları altında – Baki meriyasının ölülərimizə verdiyi qiymət

 
Nə yazıq ki, gözü puldan başqa heç nə görməyən, milli adət-ənənələrimizə barmaqarası baxan indiki hakimiyyətin bəzi məmurları dirimiz kimi, ölülərimizə də hörmət qoymaq fikrində deyillər. Sizə təqdim etdiyimiz bu videolar iddialarımızın ən canlı dəlilləridir. Qurd qapısı qəbiristanlığından çəkilən kadrlardan da aydın görünür ki, həmin qəbistanlıq əlaqədar qurumların etinasızlığı səbəbindən kanalizasiya sularının altında qalıb. Faktiki olaraq qəbiristanlığa getmək, orada ölülərini dəfn etmək belə, mümkünsüz hala gəlib. 
 
Video kadrları Ovqat.com redaksiyasının ünvanına göndərən oxucularımızın dediyinə görə, məsələ ilə bağlı dəfələrlə Bakı meriyasına şikayət ediblər. Meriya şikayətçiləri “Azərsu”nun üstünə göndərib, “Azərsu” isə onları yenidən Bakı meriyasına qaytarıb. İki dövlət qurumu arasında get-gəldən zinhara gələn şikayətçilərin əlacı qarşılaşdıqları bu tərbiyyəsizliyi lentə alıb ictimailəşdirməyə, dövlət hakimiyyətinin mənbəyi olan Əlahəzrət Xalqa üz tutmağa qərar verib.
 
Bakı hakimiyyətinin ölülərə göstərdiyi bu sayğısızlıq bir zamanlar Atillanın qəbrini axtaran yağı düşmənlərin niyyətindən nə ilə fərqlənir?



Tarix: 30-10-2021, 20:50
Xəbəri paylaş



Xəbər lenti