Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.KONKRET.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.
O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:
“Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.
O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb.
Tarix: 27-10-2021, 08:21