Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO



Xəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi baş verib. İntihar edən şəxsin kimliyi müəyyənləşdirilib. 

Polkovnik Hamlet Hüseynovun nəvəsi Nigar Məmmədova dünən özünü asıb.


1985-ci il təvəllüdlü N. Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb.


N.Məmmədova ixtisasca stomotoloqdu, özünün klinikası olub, amma daha çox bloger və şou-biznes əhlinə yaxın adam kimi tanınıb. Tanınmış bloger kimi fəaliyyət göstərib. Həmçinin şou-biznes sahəsində də məşhur şəxslərdən olub. Onun yazdığı şeirlərə bir neçə müğənni mahnı bəstələyib.


İntiharın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.
  
 

 

 

 

 
Bakupost.az
Tarix: 24-10-2021, 22:33
Xəbəri paylaş



Xəbər lenti