Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.
“Report"un məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.
Tarix: 20-10-2021, 08:57