Tanınmış jurnalist Bəxtiyar Əlirzayevə dünən axşam fiziki təzyiq göstəriblər.Bakupost.az -ın xəbərinə görə, hadisə 20 Yanvardan Alatava yoluna qalxan istiqamətdə baş verib.
Bu barədə B.Əlirzayev özü məlumat verib.
O qeyd edib ki, həmin yolda hərəkət etmək çox təhlükəlidi:
"Çünki orada kişi ərəbzəngilər peyda olub. Bütün görüntülər yaxınlıqdakı kameraların qeydiyyatında var".
Hadisəyə reaksiya verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ nəzarətə götürülüb və həmin şəxslər qısa müddətdə tapılacaq.
Tarix: 18-10-2021, 08:56