Oğuzda qadın döyülərək öldürülüb


Oğuzda qadın döyülərək öldürülüb

Oğuzda qadın öldürülüb.

Hadisə Böyük Söyüdlü kəndində baş verib.
Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.
Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.
Faktla bağlı araşdırma aparılır.(report)
Tarix: 21-09-2021, 09:41
Xəbəri paylaş



Xəbər lenti