Meşə materiallarını qanunsuz daşıyanlar saxlanıldı




Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə meşə materiallarının qanunsuz daşındığı müəyyən olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib. O qeyd edib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 m3 həcmində meşə materialı aşkar edilib.


“Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub”, - o deyib.

B.Məhəmmədov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.
Tarix: 20-09-2021, 21:46
Xəbəri paylaş



Xəbər lenti