Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin mühasibi avtoqəzada dünyasını dəyişib.
Hadisə Şabran rayonu, Leyti kəndi ərazisində baş verib. Mühasib Mənsim Məmmədovun idarə etdiyi avtomobil kənd ərazisindən keçən kanalın içinə düşüb. Məlumata görə mühasib uzun illər Ramiz Mehdiyevin sahibliyində olan və kürəkəni İlham əliyevin idarə etdiyi MMC-də çalışıb. Qeyd edək ki, İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC-lər Şabran və ətraf rayonlarda xeyli torpaq sahəsi ələ keçirib. Ramiz Mehdiyev vəzifədən qovulduqdan və kürəkəni mandatdan məhrum edildikdənsonra torpaq sahibləri hərəkətə keçiblər.
Şabran Rayon Məhkəməsinə verilən iddialara baxılıb və İlham Əliyevin illər əvvəl əl qoyduğu 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.
Musavat.com
Tarix: 7-09-2021, 22:22