Kişi parkda arvadını qətlə yetirdi - Yenilənib


Kişi parkda arvadını qətlə yetirdi
Bərdə rayonunda kişi parkda arvadını öldürüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.
Rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı, 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

***
Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən qadının iki azyaşlı övladı olub. Cinayət hadisəsi də parkda uşaqların gözü qarşısında baş verib. Həmin zaman qızın qardaşı da orada olub. T.Mustafayev qaynına deyib ki, həyat yoldaşı ilə söhbət etmək istəyir və onlara bir neçə dəqiqə təklikdə danışmaq üçün vaxt verməsini istəyib. Cütlük kənara çəkildikdən sonra T.Mustafayev üzərində gəzdirdiyi bıçaqla arvadını qətlə yetirib.
***
Bərdə Rayon Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Tural Mustafayev qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Tarix: 6-09-2021, 21:45
Xəbəri paylaş



Xəbər lenti