İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Bakının Binəqədi rayonu Biləcəri bələdiyyəsi məhkəməyə verilib. Bələdiyyə vergi məsələlərilə bağlı öhdəlikləri yerinə yetirməməkdə ittiham olunur.
Bizimyol.info xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Biləcəri bələdiyyəsinə qarşı iddia qaldırıb. Vergi orqanı ilə bələdiyyə arasındakı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılır. Bu məhkəmə çəkişməsi hakim Fərrux Qasımovun sədrliyilə keçirilir. Avqustun 30-da sözügedən iddia üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Hazırda Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarovdur. 57 yaşlı Cabbarov 2019-cu ilin dekabrında keçirilən seçkilərdə bələdiyyə üzvü seçilsə də, bu il aprelin 9-da bələdiyyənin ümumi iclasının qərarı ilə sədr olub. Çünki Biləcəri bələdiyyəsinin ondan əvvəlki sədri İlham Xəlilov 2020-ci ilin dekabrında vəfat etmişdi. İlham Xəlilov 62 yaşında koronavirusdan dünyasını dəyişib. O, 2004-cü ildə keçirilən seçkidə ilk dəfə Biləcəri bələdiyyəsinə üzv seçilib. 2005-ci ildən isə bu bələdiyyənin sədri olub. Növbəti bələdiyyə seçilərində də qalib olan mərhum İlham Xəlilov hər seçkidən sonra bələdiyyənin ümumi iclasının qərarı yenidən sədr seçilib.
Tarix: 30-08-2021, 09:18