Əfqanıstanda baş verənlər genişmiqyaslı humanitar böhrandır. MDB və KTMT ölkələri üzərində terror təhlükəsi artır.
Bu sözləri Rusiya Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.
O, Əfqanıstanı artıq 4 milyon insanın tərk etdiyini bildirib:
"Bunların 80%-i qadınlardır. Bu, həqiqətən də ən böyük humanitar böhrandır və qaçqınlarla bağlı vəziyyət təəssüf ki, hər keçən gün daha da pisləşir", - Slutski vurğulayıb.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Əfqanıstanın çox hissəsi bir neçə gün ərzində Talibanın hakimiyyəti altına keçdi və bu reallıqla hesablaşmaq lazım gələcək:
"Daha dəqiq ifadə edə bilməzsiniz. ABŞ sayəsində indi bu "reallıq"da milyardlarla dollar dəyərində silahlar var və bütün bunlar sözün əsl mənasında sizin yanınızdadır - MDB və KTMT ölkələrinin", - siyasətçi əlavə edib.(axar.az)
Tarix: 30-08-2021, 09:15