Şəmkirdəki hadisənin təfərrüatı: Ərinə görə özünü güllə qarşısına verdi






Şəmkir şəhərində qadının qayınatası tərəfindən güllələnməsi ilə bağlı hadisənin təfərrüatı məlum olub.
Neqativ.com xəbər verir ki, gecə saatlarında Şəmkir rayon Yeni Həyat kəndində yaşayan, 1959-cu il təvəllüdlü Həsənov Sahib Nəriman oğlu evdə olan ov tüfəngi ilə atəş açaraq oğlu, Nicat Həsənovun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızını qarın boşluğundan güllələyib.

Kənd sakinlərinin dediyinə görə, əslində mübahisə ata ilə oğlu arasında yaşanıb. S. Həsənov qoşalülə ov tüfəngi ilə oğlu tərəfə atəş açıb, bu zaman gəlin həyat yoldaşının qarşısına keçib və güllə ona dəyib.

“Sakit ailə olublar, daha əvvəl ciddi mübahisələrini nə eşitmişik, nə də görmüşük. Zəhmətkeş ailədirlər, kənd təsərrüfatı ilə məşğuldurlar. Əkdikləri göy-göyərtini satıb dolanırlar. Kişinin iki oğlu var, biri subaydır. Hamısı bir evdə yaşayır. Mübahisə nə üstündə olub dəqiq bilmirik. Amma kişi bəzən içirdi.

Yəqin sərxoş olub, əsəbləşib deyə bu hal yaşanıb. Qadının qayınatası ilə bir probleminin olduğunu da eşitməmişik, sakit qadın idi. Elə qayınatası da kənddə sakit bir insan kimi tanınır. Eşitdik, özümüz də məəttəl qaldıq bu olanlara”.

Qeyd edək ki, ağır xəsarətlər alan S.Qasımova Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.“Report”
Tarix: 9-08-2021, 08:14
Xəbəri paylaş



Xəbər lenti