Azərbaycanda iki uşaq anası olan qadın "patı"dan öldü



Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (patı) dünyasını dəyişib.

Neqativ.com xəbər verir ki, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.

İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.(report.az)
Tarix: 28-07-2021, 15:09
Xəbəri paylaş



Xəbər lenti