Azərbaycanda bir nəfər minaya düşərək öldü



Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb.

Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.

O, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report 
Tarix: 14-07-2021, 23:34
Xəbəri paylaş



Xəbər lenti