Onun sirkə turşusu içərək özünə qəsd etdiyi məlum olub Mingəçevir şəhərində intihar hadisəsi qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Camal Şahin oğlu Xəlilovun meyiti ərazidə xidmət edən polis əməkdaşları tərəfindən Sabir küçəsində, 9 saylı orta məktəbin yaxınlığında aşkar edilib. İlkin məlumatlara görə, C.Xəlilovun sirkə turşusu içdiyi məlum olub. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.