Bakıda kran qəzasının baş verdiyi bina bu deputatın oğlunun şirkətinə aiddir - YENİLƏNİB-2

Bakıda kran qəzasının baş verdiyi bina bu deputatın oğlunun şirkətinə aiddir – YENİLƏNİB-2
Bakıda yük qaldıran qurğunun trosunun qırılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü şəxsin müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Məlumata görə, həmin şəxs 1983-cü il təvəllüdlü Ariz Əhmədovdur.
***
 18:19
Xəbər verdiyimiz kimi, Bakıda çoxmərtəbəli binanın tikintisi zamanı kranın aşması nəticəsində bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı bəzi faktlar ortaya çıxıb.
Jurnalist Cavanşir Həsənlinin yazdığına görə qəzanın baş verdiyi, tikintisi davam edən bina Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin təsisçisi olduğu “Kristal Abşeron” şirkətinə məxsusdur.
***
16:26
Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.
Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb.
Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 26-04-2021, 19:17
Xəbəri paylaş



Xəbər lenti