Qarabağda sülhməramlıların 2 hərbçisi minaya düşüb


Qarabağda sülhməramlıların 2 hərbçisi minaya düşüb
Hələlik hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlaması yoxdur
 
Qarabağda sülhməramlı missiyanın iki hərbçisi minaya düşüb. AYNA xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
 
Bildirilir ki, hadisə bu gün baş verib. Sülhməramlıların avtomobilinin minaya düşməsi nəticəsində iki hərbçinin yaralandığı vurğulanır.
 
Hələlik hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlaması yoxdur.
Tarix: 26-04-2021, 00:01
Xəbəri paylaş



Xəbər lenti