Beyləqanda AĞIR QƏZA: 4 piyadanı vurdu, 3-ü öldü


Beyləqanda AĞIR QƏZA: 4 piyadanı vurdu, 3-ü öldü
Beyləqanda avtomobil 4 piyadanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.
Nəticədə R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Tarix: 7-11-2020, 15:58
Xəbəri paylaş



Xəbər lenti