Xarici jurnalistlər ASALA terror qrupunun, eləcə də onun rəhbərlərinin, erməni əsilli Suriyalı döyüşçülərin Qarabağda ön cəbhədə döyüşdüyünü subut edən faktlar ortaya çıxarıblar.
Bizimytol.info xəbər verir ki, bu barədə Republic Underground nəşri məlumat yayıb.İnformasiyaya görə, muzdluların Qarabağ döyüşlərində ermənilər tərəfindən iştirakını təsdiq edən fotolar və sənədlər var.
Nəşr xatırladıb ki, ASALA terror təşkilatı ABŞ-ın siyasi maraqları üçün təhlükədir.Baxmayaraq ki, ASALA-nın əksər hücumları türklərə qarşı yönəlib, ABŞ və Qərbi Avropada bir neçə obyekt onar tərəfindən məhv edilib.Bundan əlavə ASALA-nın Liviya və Suriya ilə nəzərəçarpan kontaktlarının artması əlavə antiamerikan təsirlərinə gətirib çıxara bilər",- deyə Republic Underground qeyd edib.
Tarix: 6-11-2020, 16:02