Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarıldı - RƏSMİ


Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
 
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.
Tarix: 4-11-2020, 14:27
Xəbəri paylaş



Xəbər lenti