SON DƏQİQƏ: Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur


Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Bu barədə Neqativ.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.
Tarix: 4-11-2020, 09:22
Xəbəri paylaş



Xəbər lenti