Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib.
Tarix: 2-11-2020, 15:15