
Sumqayıtda naməlum kişi meyiti tapılıb.Neqativ.com xəbər verir ki, bu gün axşam saatlarında Sumqayıt şəhərində fəaliyyət göstərən “Hippokrat” tibb klinikasının zirzəmisində çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /APA
Tarix: 1-11-2020, 20:16