Ermənistan hakim partiyasının deputatı Qarabağda yaralandı - FOTO



"Yerkrapa" yarım hərbi təşkilatının rəhbəri, Baş nazir Nikol Paşinyanın “Mənim addımım” blokunun deputatı Sasun Mikaelyan Qarabağda gedən döyüşlərdə kürəyindən və ayağından qəlpə yaraları alıb.
"AzPolitika.info" erməni KİV-lərinə istinadla xəbər verir ki, Mikaelyan gecə saatlarında mərmi qəlpələrinə tuş gəlib və təcili İrəvana aparılıb.

Xatırladaq ki, Sasun Mikaelyan Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni ordsunun sıralarını doldurmaq üçün adam toplamaqla məşğul idi. Sosial şəbəkələrdə yayılan kadrlarda onun qoca, xəstə, səfil görünüşlü "könüllülər" qarşısında çıxış etdiyi görünürdü.
"AzPolitika.info"
Tarix: 19-10-2020, 13:11
Xəbəri paylaş



Xəbər lenti