Döyüşlərdə Ermənistanın yalnız bir kəndindən 5 erməni hərbçi öldürüldü...
Qəsbkar Ermənistanın daha bir “məşhur” hərbçisi ordumuz tərəfindən cəhənnəmə vasil edilib.
Moderator.az xəbər verir ki, erməni saytları və sosial şəbəkələrdə yayılan məlumata görə, "Artsiv30"- “ölüməgedən”lər polkunun üzvü olan Vaqan Ohanyan Kəlbəcər-Ağdərə istiqamətindəki döyüşlər zamanı yaralanıb və xəstəxanada bir neçə gün qaldıqdan sonra gəbərib.
Təkqulaq erməni “qəhrəman” Andranik Ozanyan adına və digər medallar almış V.Ohanyan Birinci Qarabağ savaşının, eləcə də 2016-cı ilin aprel döyüşlərinin aktiv iştirakçılarından, yəni Azərbaycanın dinc əhalisi və əsgərlərinin qanını tökənlərdən biri olub.
Qeyd edilir ki, V.Ohanyan Ermənistanın Geqarkunik mərzinin Vardenik kəndinin sakinidir. Həmin kənddən daha 4 erməni hərbçi gəbərdilib: mayor Akop Gevorkyan, Arsen Abroyan, Arut Avetisyan, Tiqran Arşakyan...
Bütün işğalçı ölkə boyu ardı da gələcək, inşallah...
Tarix: 18-10-2020, 08:56