Xocalıda soyqırım törədən “Qara panter”də məhv edildi: Əvvəl oğlu, sonra özü...


Xocalıda soyqırım törədən “Qara panter”də məhv edildi: Əvvəl oğlu, sonra özü...

Qarabağda düşmən təxribatının qarşısının alınması zamanı Azərbaycan Ordusunun məhv etdiyi hərbçilər arasında Ermənistanın sabiq deputat Rüstəm Qasparyan da var.
Belə ki, sabiq deputat bu gün aldığı xəsarətlərdən xəstəxanda ölüb.
Bu barədə "Çiçəklənən Ermənistan" Partiyasının üzvü Nair Zöhrabyan məlumat verib. Bildirib ki, keçmiş deputat və oğlunun avtomobili Azərbaycan PUA-sı tərəfindən vurulub: “Oğlu yerində ölüb, sabiq deputat isə xəstəxanada ölüb”.
Rüstəm Qasparyan və oğlu 28 sentyabrda könüllü kimi Qarabağa döyüşməyə gedib.
Xatırladaq ki, Qasparyan 90-cı illərdə Qarabağda döyüşən və Xocalı soyqırımını törədənlərdən biri- "Qara panter" adlandırılan cinayətkar dəstənin rəhbəri olub.
Xəzər
Cebhe.info
Tarix: 17-10-2020, 21:00
Xəbəri paylaş



Xəbər lenti