Tərtərdə dəfn zamanı ermənilər qəbiristanlığa mərmi atıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb


Ermənilər dəfn zamanı atəş açdı


Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.
"Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşmən mərmilərindən biri qəbiristanlığa düşüb. Həmin vaxt dəfn mərasimi keçirilirmiş.
İlkin məlumata görə, hadisə nəticəsində 3 mülki vətəndaş həlak olub, 3-ü isə yaralanıb.
Hadisə nəticəsində qəbiristanlıqda bir neçə məzar dağılıb. Bundan başqa, avtomobillərə də ciddi ziyan dəyib.





 
Tarix: 15-10-2020, 14:35
Xəbəri paylaş



Xəbər lenti